measuring website blocks in Azerbaijan (OONI forensics_Updated May 15)

16:01

One of the goals of Azerbaijan Internet Watch is to provide accurate and up-to-date information about website blocks in Azerbaijan. Together with OONI (Open Observatory of Network Interference), AIW updated a list of websites for testing in Azerbaijan.

OONI also added the Azerbaijan button on its website that allows potential testers in Azerbaijan, run tests inside the country.

You can help us run more tests in the country. All it takes is an OONI Probe app downloaded on your phone. If you are in Azerbaijan and open this link in your browser on your phone, and already have the app installed, then the link will automatically launch your app. You can then choose the kind of tests you would like to run.

Azərbaycan dilində:

 

Azerbaijan Internet Watch layihəsi Azərbaycanda internet senzurasını izləyir və pozuntuları sənədləşdirən layihədir. Bu barədə burada məlumat əldə edə bilərsiniz.

Layihənin vacib cəhətlərindən biri ölkədə bloklanan veb səhifələri izləmək ve bu bloklamaların necə baş verdiyini araşdırmaqdır. Bu barədə burada  və burada məlumat əldə edə bilərsiniz.

Gördüyünüz kimi, bu testleri aparmaq üçün OONİ ilə əməkdaşlıq edirəm.

OONİ dünyada internet senzurasının şəffaflığını artırmağı hədəfləyən layihədir.

Bunu necə edir?

*İnternet senzurasının müxtəlif formalarını aşkar etmək üçün OONI Probe Applər qurur. Bu barədə daha ətraflı burada 

*Dünyanın hər yerindən toplanmış senzura ölçmələrini burada yayımlayır. 

*Dünyada senzura hadisələrini sənədləşdirən tədqiqat hesabatları dərc edir. 

Azərbaycan da bu ölkələr arasında yer alır. Aşağıda verilən addımlar əsasında araşdırmanın aparılmasında kömək edə bilərsiniz.

1. OONI probe elavesini telefona yükləyin https://play.google.com/store/apps/details?id=org.openobservatory.ooniprobe; https://apps.apple.com/us/app/ooni-probe/id1199566366

2. OONI Azerbaycan testini etmek ucun ayrıca “düymə” hazirlayib. Bu sehifenin https://ooni.org/get-involved/run/ en altında düyməni görəbilərsiniz. OONI Probe elavəsini telefona yüklədiktən sonra bu link avtomatik olaraq, əlavədə açılacaq.

3. Əlavəni yükləyib açanda qarşınıza 4 fərgli test görəcəksiniz. Bizə ən çox maraqlandıran ilk iki testlərdir. Hal hazırda Azərbaycanda 57 internet səhifəsi test olunur ama bunu genişləndirmək üçün əlavənin parametrələrine daxil olun (settings), test variantlari (test options) nişanını seçin, və veb səhifələri (websites) yazan nişanı seçin və “test müddətini məhdudlaşdır” (Limit test duration) funksiyasını deaktiv edin.

VACİB məqam 1 – test etməyə başlamadan WiFi-yə qoşulun əks halda mobil datanızdan xeyli gedəcək.

VACİB məqam 2 – bu testləri edəndə VPN-ə bağlı olmadığınızı yoxlamağı unudmayın.

4. Daha ətraflı testlər aparmaq üçün siz eyni zamanda OONİ PROBE Desktop‘dan istifadə edə bilərsiniz.  Bu versiyaan istifadə edəndə parametrələrdə heç nəyi dəyiştirməyə ehtiyac yoxdur. 

Latest news